Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.
Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan Hüseynov uzun illərdir qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər və idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”