Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
20.11.2020 - 12:04
Prezident İlham Əliyev Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, bu barədə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.
“Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsınız”, - deyə Prezident vurğulayıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0