Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edildi - MN
24.10.2020 - 16:20
Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edildi - MN

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.