Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, pandemiya ilə əlaqədar olaraq bu dəfə də tədbir onlayn formatda təşkil olunub.
UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi konfransın əsas mövzusu dekabrda Serbiyada keçirilməsi planlaşdırılan dünya çempionatı olub. Ancaq geniş müzakirələrdən sonra konkret qərar qəbul etmək mümkün olmayıb. Bu səbəbdən qərara gəlinib ki, noyabrın 10-da baş tutacaq növbəti iclasda yarışın taleyinə aydınlıq gətirilsin.
Qeyd edək ki, artıq Yaponiya və ABŞ yığmaları yarış keçirilərsə belə mundiala qatılmayacaqlarını açıqlayıblar.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”