Oktyabrın 16-dan 18-dək Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib.
Apasport.az saytının məlumatına görə, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıb.
Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Omelçenko bu dəfə yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazanıb.
Alyona Kolesnik (57 kq) Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn millimizin üzvü bürünc medalı boynundan asıb.
Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb