FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Top-divizion komandaların oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi daha 3 matç keçirib.
Eltac Səfərli və Rəhim Qasımovun kapitanı olduğu komandamız inamlı çıxış sayəsində görüşlərin hər 3-ünü qələbə ilə başa vurub. Şahmatçılarımız qrup mərhələsinin sonuncu günündə İspaniya, Norveç və Fransadan güclü olub.
9 turdan sonra 14 xal toplayan yığmamız qrup lideri kimi birbaşa 1/4 finala vəsiqə qazanıb. Komandamız ikinci olan Macarıstanı əlavə göstəricilərdə qabaqlayıb. Macarlarla yanaşı, Ukrayna mübarizəni pley-offda davam etdirəcək. Təmsilçimizin rəqibi isə C qrupunun ikincisi və D qrupunun üçüncüsünün oyununda dəqiqləşəcək.
Qeyd edək ki, Top-divizionda hərəsində 10 ölkə olmaqla, 4 qrupda oyunlar keçirilir.
B qrupu
VII tur
İSPANİYA – AZƏRBAYCAN - 2:4
David Quijarro – Teymur Rəcəbov - 0:1
Aleksey Şirov – Rauf Məmmədov - 0:1
Anna Matnadze – Günay Məmmədzadə - 0:1
Sabrina Qutieres – Gülnar Məmmədova - 1:0
Lans De La Fugnte – Vüqar Əsədli - 0,5:0,5
Marta Qarsiya – Xanım Balacayeva - 0,5:0,5
Turun digər oyunları: Qazaxıstan - Macarıstan - 2,5:3,5; Ukrayna - Niderland - 4,5:1,5; Norveç - Fransa - 2:4; Slovakiya - CAR - 3,5:2,5.
VIII tur
AZƏRBAYCAN – NORVEÇ - 5,5:0,5
Şəhriyar Məmmədyarov - Olaf Frode Urkedal - 0,5:0,5
Rauf Məmmədov - Gyrik Qullaksen - 1:0
Gülnar Məmmədova - Monika Maçlik - 1:0
Ülviyə Fətəliyeva - Gdit Maçlik - 1:0
Vüqar Əsədli - Yohannes Hauq - 1:0
Gövhər Beydullayeva - Tira Kvendset - 1:0
Turun digər oyunları: Niderland - Fransa - 4,5:1,5; Macarıstan - İspaniya - 2:4; CAR - Qazaxıstan - 1:5; Ukrayna - Slovakiya - 5,5:0,5
IX tur
FRANSA – AZƏRBAYCAN - 2,5:3,5
Mark Andrea Mauritstsi - Rauf Məmmədov - 0:1
Timote Razafindratsima – Qədir Hüseynov - 1:0
Anael Afraui - Günay Məmmədzadə - 0,5:0,5
Mari Sebaq - Türkan Məmmədyarova - 0,5:0,5
Teo Bressi - Aydın Süleymanlı - 0,5:0,5
Florens Rollo - Gövhər Beydullayeva - 0:1
Turun digər oyunları: Slovakiya - Niderland - 2:4; Qazaxıstan - Ukrayna - 3,5:2,5; İspaniya - CAR - 6:0; Norveç - MAcarıstan - 2:4.
Yekun cədvəl: Azərbaycan, Macarıstan – hər ikisi 14 xal, Ukrayna, Qazaxıstan, İspaniya – hər üşü 13, Niderland - 9, Slovakiya - 8, Fransa - 4, Norveç - 2, CAR - 0.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb