Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Gəray Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
Xəbər verdiyimiz kimi, iclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq