“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi V tur çərçivəsində Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq.
Görüş İngiltərənin paytaxtı Londonda yerləşən “Stemford Bric” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, “Fənərbaxça” keçirdiyi 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Şaxtyor” isə 4 xalla 25-ci yerdədir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
00:00. “Şaxtyor” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə)
Stadion: “Stemford Bric” (London, İngiltərə)
- Valdas Dambrauskas: “Barselona”da zəif tərəf tapmaq çətindir”
- “Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
- Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”
- Azərbaycanın U-15 millisi təlim-məşq toplanışına start verib
- “Barselona” Bakıya 4 itki ilə gəlir – Heyət açıqlandı