AFFA "Sabah"ın məşqçisini CƏZALANDIRIB
11.03.2026 - 15:05
AFFA "Sabah"ın məşqçisini CƏZALANDIRIB

AFFA İntizam Komitəsi “Sabah”ın məşqçisi Valerio Zuddası 7 oyunluq cəzalandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının XXII turunda “Qarabağ”la keçirilən oyunda rəqib komandanın ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə bu cəza ilə üzləşib.

Bundan əlavə, “Sabah” klubu da 15 min manat məbləğində cərimələnib.