AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
03.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” komandasının 7 nömrəli futbolçusu Hüseyn Bəbirxanlı qarşılaşmanın 90+1-ci dəqiqəsində hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
03.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 3 nömrəli futbolçusu Saleh Bağıyev qarşılaşmanın 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
03.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan “Səbail” – “Zəfər” oyunu “Səbail” komandasının oyun protokolunu doldurmaması və ev sahibi komanda kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə “Səbail” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 99, 94, 49);
04.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən “Hilal Ağsu” – “Şamaxı” oyununda “Hilal Ağsu” komandası Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün “Hilal Ağsu” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50).
04.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Polad” –“Sumqayıt City” oyunu “Polad” komandasının təyin olunmuş vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmadığı üçün “Polad” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).
03.10.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilən “Sabah” – “Cənub” oyununda “Cənub” komandasının məşqçisi Cavid Tarıverdiyev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).
03.09.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş “Qala (Bərdə)” – “Ulduz” oyununda “Ulduz” komandasının 17 nömrəli futbolçusu Rəvan Allahverdiyev qarşılaşmanın 53-cü dəqiqəsində rəqib komandanı aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46).
04.09.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş “Ağdam”– “Zəfər” oyununda “Zəfər” komandasının 10 nömrəli futbolçusu Fərid Hüseynli qarşılaşmanın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).