Yığmamız “Antalyaspor”la üz-üzə gələcək
07.10.2026 - 17:49
Yığmamız “Antalyaspor”la üz-üzə gələcək

Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Apasport.az xəbər verir ki, oktyabrın 5-dən 13-dək davam edəcək hazırlıq prosesi çərçivəsində millimiz yoxlama görüşü keçirəcək.

Azərbaycan yığması oktyabrın 9-da “Antalyaspor”un qadın komandası ilə qarşılaşacaq.

“Titanic Deluxe Belek Football Center”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.