AFFA və UEFA-nın birgə layihəsi başa çatıb
01.03.2024 - 10:14
AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Elite Club Programme” təhsil layihəsinin üçüncü – sonuncu sessiyasına yekun vurulub.
Apasport.az xəbər verir ki, AFFA-nın, Peşəkar Futbol Liqasının və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələrinin qatıldığı seminarda iştirakçılar klub idarəetmə sisteminə aid müxtəlif mövzularda müzakirələr aparıb, təcrübələrini bölüşüblər.
Seminarın son günündə iştiakçılara sertifikatlar verilib. Sertifikatları AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
0
0