Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
13.07.2025 - 10:54
Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama

Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zelenay apasport.az saytına açıqlama verib.

Klub rəsmisi millimizin müdafiəçisi Zamiq Əliyevin komandadan ayrılığı və “Sabah”ın sabiq qapıçısı Yusif İmanov məsələsinə aydınlıq gətirib:

“Bəli, doğrudur, Zamiq Əliyev Ukrayna klubuna keçidə yaxındır. O, “Veres”ə keçəcək. Amma detallarla bağlı nəsə deməyim doğru olmazdı. Bu haqda daha sonra danışmaq mümkündür.

Yusif İmanov məsələsinə gəlincə, xeyr, biz onunla müqavilə imzalamamışıq”.