“Anfield”də “Qarabağ”ı dəstəkləmək istəyənlərin diqqətinə
09.01.2026 - 11:33
“Anfield”də “Qarabağ”ı dəstəkləmək istəyənlərin diqqətinə

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" – "Qarabağ" oyunu üçün azarkeşlərə ayrılmış vauçerlər bu gün satışa çıxarılacaq.

Apapsort.az xəbər verir ki, komandamızı İngiltərədə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytı vasitəsilə onlayn formada bu gün saat 12:00-dan etibarən əldə oluna bilər.

Vauçerlərin qiyməti 115 AZN təşkil edir.

Qeyd edək ki, vauçerlər ilkin mərhələdə iTicket.az-dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi elektron poçtu vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün "Anfield" stadionunda ümumilikdə 1250 yer ayrılıb. Təhlükəsizlik qaydalarına əsasən, stadiona yalnız A5 ölçüsünü (148.5 x 210 mm) keçməyən əl çantası ilə girişə icazə veriləcək.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə (İngiltərə) 20:00-da start götürəcək.