
“Qarabağ” Çempionlar Liqasında artıq iki mərhələ adlayıb və irəlilədikcə rəqiblərinin gücü və səviyyəsi artır. Bu baxımdan axşamkı görüş çətin olacaq".
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın "Ferentsvaroş" səddini keçib, mərhələ adlayacağına inandığını bildirib:
"Amma “Ferentsvaroş” təmsilçimizin gücünə uyğun rəqibdir. Ağdam təmsilçisi bu rəqiblə 3 il əvvəl də qarşılaşıb və mərhələ adlayıb. Lakin hazırda Macarıstan təmsilçisinin həm məşqçi heyəti, həm də oyunçu heyəti dəyişib. Komandanın sükanı arxasına Robbi Kin kimi iddialı mütəxəssis gətirilib. “Qarabağ”ın “Ferentsvaroş”u üstələmək imkanı var. İlk oyunun nəticəsi çox şeyi müəyyən edəcək. Macarıstanda keçiriləcək görüş daha çox kəşfiyyat xarakteri daşıyacaq. Məncə, cütün taleyi Bakıdakı cavab matçında həll olunacaq. Çempionlar Liqasında çıxış etmək daha böyük şərəfdir. “Qarabağ” bir daha burada öz gücünü nümayiş etdirə bilər. Əgər “Qarabağ” ÇL-nin əsas mərhələsinə yüksəlsə, tarixi yenidən təkrarlaya bilər. Komandanın bunun üçün kifayət qədər potensialı var. Bu istək də “Qarabağ”ın mərhələ adlamasına kömək edə bilər".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.