Azər Bağırov: “Belə hallar normaldır”
12.09.2026 - 23:25
Misli Premyer Liqasının V turunda "Sumqayıt" "Şamaxı"nı qəbul edib - 1:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Çox çətin oyun keçəcəyini düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Belə hallar olması futbolda normaldır. Səfərdə oynamaq daha çətindir. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. "Araz-Naxçıvan"la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm".
0
0