Mahir oynadı, komandası qələbə qazandı
12.09.2026 - 00:50
Polşa Ekstraklasasında VII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” növbəti oyununa çıxıb.
Komanda “Motor”la qarşılaşıb. Görüş Emrelinin klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Matça əsas heyətdə başlayan Mahir 87–ci dəqiqədə əvəzlənib.
0
0