Azər Bağırov: “Bu gün bizim günümüz deyildi”
20.04.2025 - 19:29
Azər Bağırov: “Bu gün bizim günümüz deyildi”

Misli Premyer Liqasının XXXI turunun "Şamaxı" - "Kəpəz" matçından (2:1) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Oyuna itkilərlə gəlmişdik. Bir neçə futbolçumuz zədəli və cəzalı idi. Rəqib bir səhvimizdən istifadə edib önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq və çox çalışmaq lazımdır". 

- Qələbə qazansaydız, "Şamaxı"ya çatırdız. Buna görə heyfslənirsiz?
- Heyfslənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır.

- Zədəli futbolçulardan növbəti oyuna kimlər hazır olacaq?
 - Mahamadu Ba qayıdacaq. Rauf Hüseynlinin qayıtmaq ehtimalı 50/50-dir.

- Sumqayıt" və "Şamaxı" ilə oyunlarınız alınmır. Bunun səbəbi nədir?
- Hər şey ola bilər. Bu gün rəqibə elə də çox şans vermədik. Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizli iki epizodumuz oldu. Yəqin ki, bu gün bizim günümüz deyildi.