“Sumqayıt”ın legionerləri milli komandalarda
09.11.2026 - 22:34
“Sumqayıt”ın legionerləri milli komandalarda

“Sumqayıt”ın iki legioneri rəsmi oyunlar üçün ölkələrinin milli komandalarına dəvət olunublar.

Apasport.az xəbər verir ki, Sedrik Badolo Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mavritaniya ilə keçiriləcək görüşlər üçün Burkina-Faso millisinə çağırılıb.

“Kimyaçılar”ın müdafiəçisi İmani Barker isə KONKAKAF Millətlər Liqasının B Liqasında Kayman Adaları və Puerto-Riko yığmaları ilə oyunlarda Qayana millisinin formasını geyinəcək.