Azərbaycan Kuboku: “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək - YENİLƏNİR
02.12.2025 - 11:18
Azərbaycan Kuboku: “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

2 dekabr

19:00 Zirə – Neftçi
Baş hakim: Tural Qurbanov
Zirə İK Stadionu