Azərbaycan millisinin hücumçusu “İnter”in HƏDƏFİNDƏ
27.11.2026 - 11:04
Azərbaycan millisinin hücumçusu “İnter”in HƏDƏFİNDƏ

İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Nikolo Skira məlumat yayıb.

18 yaşlı hücumçunun xidmətində “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Montsa” maraqlıdır. Adıçəkilən klublar son həftələrdə Mezzoteronun performansını izləmək üçün “Sampdoriya”nın oyunlarına skautlarını göndəriblər.

O, İtaliya B Seriyasında son 4 qarşılaşmada 4 qol vurub.

Qeyd edək ki, Mezzotero 2024-cü ilin yayından “Sampdoriya”nın sıralarındadır. Hücumçu cari mövsüm əsas və gənclər komandalarının heyətində ümumilikdə 11 oyunda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.