ÇL: “Sabah” “Orhus”a qarşı - YENİLƏNİR
05.08.2026 - 09:20
ÇL: “Sabah” “Orhus”a qarşı - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Danimarkada "Orhus"la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Randers şəhərində baş tutacaq görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi (ilk oyun)

20:30 "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan)

Baş hakim: Rade Obrenoviç

Yan xətt hakimləri: Aleksandr Kasapoviç və Qreqa Kordey

Dördüncü hakim: Martin Matoşa

VAR: Matey Yuq

AVAR: Alen Boroşak