“Fənərbaxça” Avstriya klubu ilə üz-üzə - YENİLƏNİR
05.08.2026 - 10:23
“Fənərbaxça” Avstriya klubu ilə üz-üzə - YENİLƏNİR

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu "Sabah" Danimarkada "Orhus"la üz-üzə gələcək.

Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Şturm"u sınağa çəkəcək.

Xatırladaq ki, ilk oyun günündə 8 matç baş tutub.

UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi (ilk oyunlar)

20:30 "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan)

22:00 "Fənərbaxça" (Türkiyə) - "Şturm" (Qraz, Avstriya)