Vaqif Dərgahlı: "Ermənistan ordusunun polkovniki məhv edilib”
29.09.2020 - 11:07
Vaqif Dərgahlı: "Ermənistan ordusunun polkovniki məhv edilib”

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”.

APA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.