
"Neftçi"nin sabiq kapitanı Denis Silva Kruz apasport.az saytına müsahibə verib.
- "Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"la qarşılaşacaq. “Neftçi” ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub. Sizcə, “Neftçi”nin növbəti mərhələyə keçmək şansı var?
- İnanıram ki, onların şansları var. “Neftçi”nin böyük tarixi var və bu tarix üçün mübarizə aparmalıdır. "Sabah"a hörmətlə yanaşıram, amma Azərbaycan futbolunda etdikləri hər şeyə görə bu matçda favorit “Neftçi” olmalıdır. Amma bunu meydanda göstərməlidirlər.
- "Neftçi" bu mövsüm Premyer Liqada yaxşı çıxış etmir. Gözləntilərə cavab vermirlər. Sizcə, “Neftçi” bu vəziyyətdə “Sabah”la görüşdə “come back” edə biləcək? Bunun üçün “Neftçi” nə etməlidir?
- "Neftçi”nin Premyer Liqada vəziyyəti çox ağırdır. Onlar zirvədən çox uzaqdırlar, ona görə də avrokuboklarda iştirak etmək şansı əldə etmək və təbii ki, titul üçün kuboku qazanmalıdırlar. Bu komandanın azarkeşlərinə çox üzülürəm. Bilirəm ki, onlar hər zaman komandalaarına dəstək olurlar. Mən də azarkeşlik edirəm və ümid edirəm ki, finala vəsiqə qazana biləcəklər.
- "Sabah” və “Neftçi” komandaları arasında güclü rəqabət başlayıb. Bu komandalar Premyer Liqada da qonşudurlar. “Neftçi” və “Sabah”ın rəqabətini necə şərh edərdiniz?
- Əvvəldə dediyim kimi, “Neftçi” orta mövqelərdə olmamalıdır. “Sabah”a hörmət edirəm və komandanın son illərdəki uğurlarına heyranam. Mən xoşbəxtəm, çünki bu, Azərbaycan çempionatını daha da böyüdür. Amma “Neftçi” böyük komandadır. Yüksək səviyyəli komandalarla mübarizə aparmaq lazımdır. Başa düşürəm ki, işlər həmişə istədiyimiz kimi olmur, amma buna görə də planlar olmalıdır, istənilən çətinliklərə hazırlaşmaq və onları dəf etmək olur. "Neftçi" bunu həyata keçirməlidirlər.
- Ölkə kubokunda da uğursuz nəticə olsa, mövsümün “Neftçi” üçün uğursuz olduğunu demək olar?
- "Neftçi" növbəti mərhələyə adlaya bilməsə, bəli, pis mövsüm oldu deyə bilərik, amma uğursuzluq deyil. Bəzən öyrənmək, daha güclü və ağıllı olmaq üçün səhvlər etmək lazımdır. Amma ümid edirəm ki, keçərlər, mən onlara inanıram. Nəticəni gözləyək.
- Yəqin ki, “Neftçi”nin hazırkı oyunlarını izləyirsiniz? Sizcə, yeni mövsümdən “Neftçi”nin heyətində dəyişiklik edilməlidir?
- İşlər yolunda getməyəndə bəzi dəyişikliklər lazımdır. Təbii ki, bu qərarları qəbul edəcək şəxs mən deyiləm, lakin onlar heç olmasa təhlil edilməlidir. Onlar hansı mövqedə dəyişiklik edilməlidir bizdən daha yaxşı bilirlər. “Neftçi”yə böyük sevgim və daha da böyük heyranlığım var.