I Liqa: "Difai"dən əzmkar qələbə - YENİLƏNİB
08.05.2025 - 18:54
I Liqa: "Difai"dən əzmkar qələbə - YENİLƏNİB

Bu gün Birinci Liqada XXV tura start verilib. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. 

"Qəbələ" öz meydanında "Cəbrayıl"ı qəbul edib. 3"4 qolun vurulduğu matçda ev sahibləri rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

"Baku Sportinq" isə "Difai"ni qəbul edib. Gərgin keçən qarşılaşmada qonaqlar rəqibi üzərində əzmkar qələbəyə imza atıb - 2:1.

Qeyd edək ki, hər iki oyun saat 17:00-da start götürüb.

Birinci Liqa

 XXV tur

17:00. "Qəbələ" - "Cəbrayıl" 3:1

17:00. "Baku Sportinq" - "Difai" 1:2