Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Olimpiya İdman Kompleksində məşq keçən Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər.
Apasport.az xəbər verir ki, görüşdə regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.
AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyib, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.
AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr verib, onlara bu yolda uğurlar arzulayıblar.
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
- Premyer Liqa klubu üçün seminar
- AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB