Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
26.11.2026 - 12:26
Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin“Diplomatiya ulduzu” mükafatını təqdim edib.

APA xəbər verir ki, Litva XİN rəhbəri bu barədə “X” hesabında bildirib.

Nazirin sözlərinə görə, bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, o, daha maraqlı bir vasitə – futbolla da həyata keçirilə bilər.

“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatını təqdim etməkdən qürur duyuruq. O, Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı məşqçidir.

Fədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”, - Budris yazıb.

Qeyd edək ki, ötən gün Litva XİN rəhbəri Bakı Olimpiya Stadionunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını izləyib. "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.