Halil Umut Meler matç zamanı zədələnib
25.03.2025 - 17:22

FIFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler bazar günü İrlandiya ilə Bolqarıstan arasında keçirilən UEFA Millətlər Liqası play-off matçında zədələnib.
Apasport.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində sol baldırında qəfil ağrı və batma hissi yaşayan Meler, yeriməkdə çətinlik çəkdiyi üçün oyuna davam edə bilməyib.
Onu meydanda 2025-ci ildə FIFA hakimləri siyahısına daxil edilmiş dördüncü hakim Mehmet Türkmen əvəz etmişdi.
Halil Umut Melerin müalicəsinə bu gün aparılacaq müayinələrdən sonra başlanacaq.
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
0
0