“Neftçi” qələbə axtarışında - YENİLƏNİR
11.11.2026 - 11:12
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edəcək.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Qrup mərhələsində keçirdiyi beş oyunun hamısında məğlub olan “Neftçi” 6-cı, sonuncu pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə görüşdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, “Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
- Donçiçdən 45 xal, “Leykers” və “Qolden Steyt”dən qələbə: NBA-də gecənin nəticələri
0
0