Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.
Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.
Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib