İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU
15.08.2025 - 11:58
İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU

“Leyriya”nın hücumçusu Xuan Munyoz böyük ehtimalla “Qarabağ”a transfer olunmayacaq.

Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı forvard Ağdam klubunun transfer siyahısında yer alsa da, digər hücumçularla aparılan danışıqlar müsbət irəliləyir.

Bundan əlavə, həmin oyunçular Qurban Qurbanovun daha çox istədiyi futbolçular olduğundan, Munyozla razılıq əldə etmək artıq prioritet məsələ deyil.

Beləliklə, Munyoz məsələsi ehtiyat variant kimi kənara qoyulub. Həmin forvardlardan birinin transferinin reallaşacağı nəzərə alınarsa, “Qarabağ” Munyozun keçidinə ciddi üstünlük verməyəcək.

Qeyd edək ki, 2024-cü ildən Portuqaliya klubunda çıxış edən ispaniyalı mərkəz hücumçusu “Sevilya”nın yetirməsidir. O, karyerası ərzində “Zaraqoza”, “Sevilya”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqanes” və “Zaqlembe” klublarında da oynayıb.