“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.
Apasport.az xəbər verir ki, klub 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir. Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-ü tarixlərində təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqə nömrəsi: 051 872 13 15
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Birinci Liqanın oyunları bu kanallarda
- Məşqçisi açıqladı: "Üç mövqeyə də transfer etməyi planlaşdırırıq"
- Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi