Kritik matçın biletləri satışa çıxır: "Qarabağ" - "Sabah"
13.04.2026 - 21:59
Kritik matçın biletləri satışa çıxır: "Qarabağ" - "Sabah"

Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Sabah” matçının biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.