Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığması ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Livan Futbol Federasiyası 2 aydan sonra xorvatiyalı mütəxəssisi istefaya göndərib.
Federasiya oktyabrda baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişinin səbəbini daha güclü mütəxəssis gətirmək istəyi ilə əlaqələndirib: “İcraiyyə Komitəsinin üzvləri Asiya kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün bu qərara gəliblər”.
Qeyd edək ki, Azərbaycan millisini 2019-cu ildə çalışdıran məşqçinin rəhbərliyi altında 10 oyun keçirən yığmamız 1 qələbə qazanıb, 2 heç-heçə edib, 7 dəfə məğlub olub.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb