Millimizin üzvünün komandası məğlub olub
06.04.2025 - 11:21
Millimizin üzvünün komandası məğlub olub

Finlandiya çempionatında I tura start verilib.

Apasport.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu HİK "İlves"in qonağı olub.

Görüş 3:2 hesabı ilə meydan sahiblərinin  xeyrinə başa çatıb.

Ozan matçın 85-ci dəqiqəsində meydana daxil olsa da, heç nə ilə yadda qalmayıb.