Portuqaliya millisinin üzvü “Şamaxı”da - RƏSMİ
11.03.2026 - 11:56
Portuqaliya millisinin üzvü “Şamaxı”da - RƏSMİ

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “münəccimlər” son olaraq “Portu B” komandasında çıxış edən Rodriqo Fernandeşi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliya millisinin U16, U17, U18 və U19 komandalarında çıxış edən Rodriqo futbol karyerasına “Sportinq” akademiyasında başlayıb.