“Qarabağ” “Araz”ı meydana çıxmağa peşman etdi - YENİLƏNİB
08.03.2026 - 21:04
“Qarabağ” “Araz”ı meydana çıxmağa peşman etdi - YENİLƏNİB

Misli Premyer Liqasında XXIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.

"Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Saat 19:15-də start götürən görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Ağdam təmsilçisi rəqibini meydana çıxmağa peşman edib. Görüş ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası
XXIII tur
8 mart

19:15. "Qarabağ" – "Araz-Naxçıvan" 6:0

Qol: X. Montiel, 14, L. Andrade, 33, 36, K. Duran, 63, 89, M. Qurbanlı, 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu