
"Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi".
Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis "Neftçi" ilə matçdan (3:0) sonra Nəriman Axundzadə barədə fikirlərini bölüşüb:
"Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur".