Rahid Əmirquliyev: "Qarabağ" lazım olan 3 xalı qazanacaq"
10.12.2025 - 17:39
Rahid Əmirquliyev: "Qarabağ" lazım olan 3 xalı qazanacaq"

"Ayaks"ın bu turnirdə hələ xal qazanmamasına baxmayaraq, "Qarabağ"ın rahat olacağına inanmıram".

Bunu Ağdam təmsilçisinin sabiq futbolçusu Rahid Əmirquliyev "Qarabağ" - "Ayaks" görüşü barədə apasport.az-a açıqlamasında deyib. 

Əmirquliyev Amsterdam təmsilçisinin çətin dönəmdən keçdiyini söyləyib:

"Düzdür, "Qarabağ" evdə qəbul edir rəqibini. Amma "Ayaks"ın vəziyyəti çox pisdir. Şansları qalmayıb. "Ayaks" da istəyir ki, ən azından xal qazansın. Ona görə, "Qarabağ" üçün çətin olacaq. Komandamız üçün xal vacibdir. İnanıram ki, "Qarabağ" meydandan 3 xalla ayrılmaq üçün əlindən gələni edəcək. "Qarabağ"ın yetərincə gücü var, nə qədər çətin oyun olsa da, inanırıq ki, komandamız lazım olan 3 xalı qazanacaq. Təmsilçimizə uğurlar arzu edirəm. İnşallah bu gün bütün Azərbaycan xalqını sevindirərlər".

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 21:45-də start veriləcək.