Renat Dadaşova ikiqat maaş! - Polşadan təklif var
09.04.2025 - 10:16
Renat Dadaşova ikiqat maaş! - Polşadan təklif var

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşadan ayrılmayacaq. 

Apasport.az saytına verilən məlumata görə, “Radomyak” 25 yaşlı forvardla danışıqlara başlayıb və Dadaşovdan ilkin razılıq alıblar.

Halbuki Dadaşova Polşanın özündən fərqli klublar da təklif göndərib. Lakin Renat minimum daha bir mövsümü “Radomyak”da keçirmək istəyir.

Azərbaycanlı hücumçu hazırkı komandasında qalarsa, illik gəliri daha da yaxşılaşacaq. Belə ki, onun maaşı indikindən 2 dəfə daha çox olacaq. Müqavilə şərtlərinin daha da yaxşılaşacağının təminatı verildiyi üçün Renat “Radomyak”ı tərk etmək istəmir.

Daha əvvəl “Eştoril”, “Vulverhempton”, “Pasuş de Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” klublarının formasını geyinmiş Renatın “Radomyak”la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Renat Radomye klubunda 5 matçda 2 qol vurub və 1 asist edə bilib.