Son 5 mövsümün rekordu
16.12.2023 - 16:58
Azərbaycan çempionatlarında son 5 mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu, II Liqanın XIV turunda baş verib. “Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.
Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə 5 qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0