“Sumqayıt”da yeni müqavilə - RƏSMİ
03.07.2026 - 10:26
"Sumqayıt” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Emil Mustafayevin müqaviləsinin müddəti uzadılıb.
24 yaşlı yarımmüdafiəçi ilə iki illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Emil Mustafayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edir. Azərbaycan milli komandasının üzvü "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
0
0