Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub
15.12.2025 - 11:14
Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub

"Qarabağ"ın futbolçusu Toral Bayramov Misli Premyer Liqasında 25-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"ın (5:1) qapısına 2 qol vurmaqla "25"ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Qeyd edək ki, Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.