“Turan Tovuz” heyətini qorumaq istəyir
08.01.2024 - 19:48
“Turan Tovuz” heyətindəki oyunçuları saxlamaq fikrindədir.
Apasport.az saytına verilən məlumata görə, qərb təmsilçisi “Sabah”dan icarəyə götürdüyü Veysəl Rzayevlə işbirliyini davam etdirməyi planlaşdırır.
Müqavilə ilə “Sabah”a məxsus olan Rzayevin xidmətində maraqlı olan yeganə komanda “Turan Tovuz” deyil. Belə ki, “Zirə”nin də maraq dairəsində olan U-21 yığmamızın üzvünə “Turan Tovuz” uzun müddətlik müqavilə təklif edəcək.
Yeri gəlmişkən, bölgə klubu legioneri Aleks Serrano ilə də müqavilə müddətini uzadacaq.
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
- Premyer Liqa klubu üçün seminar
- AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB
0
0