U-16 millimiz Gürcüstanı məğlub etdi
10.09.2025 - 19:22

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub .
0
0