Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun 4-cü günündə 3 dəst medalın sahibi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində təşkil olunan yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmaqda, həmçinin kişilər dabl-trapda qüvvələrini sınayıblar.
Tapança növündə yarış asiyalıların üstünlüyü ilə keçib. Belə ki, 6 medaldan 5-i asiyalıların olub. Çin ikisi qızıl olmaqla, üç medal qazanıb. Koreya isə hesabına iki medal əlavə edib. Digər mükafat Rusiyanın olub.
Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını əldə edib.
Tapança: 50 m, kişilər
1. Jiajie May (Çin)
2. Daehun Park (Koreya)
3. Çeonqyonq Kim (Koreya)
Tapança: 25 m, qadınlar
1. Lijia Çao (Çin)
2. Vutalina Bataraşkina (Rusiya)
3. Jinqjing Janq (Çin)
Dabl-trap, kişilər
1. Valton Eller (ABŞ)
2. Stiven Skott (Böyük Britaniya)
3. Vasili Mosin (Rusiya)
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib