İslam Həmrəyliyi Oyunlarında millimizlə eyni qrupda çıxış edəcək 23 yaşadək futbolçulardan ibarət Kamerun yığmasının yekun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Riçard Tova 37 futbolçu arasında seçim aparıb.
47 yaşlı mütəxəssis həmin kollektivdən 15 nəfəri kənarda saxlayıb. Maraqlıdı ki, Azərbaycana gəlməyəcək futbolçular arasında Portuqaliya, İspaniya, Fransa, Almaniya və Slovakiyada legioner həyatı yaşayanlar da var.
Xüsusən də, “Jil Visente”li Nubissi Marius, “Sevilya”lı Yan Brays Eteki, “Nant”lı Aleque Aleksis, “Kayzerlautern”li Bell Bell Leon və “Feyrense”li Çuameni Villiamın yekun “23-lüy”ə düşməmələri diqqət çəkir. Buna səbəb mövsüm davam etdiyi üçün həmin klubların futbolçularını yığmaya buraxmamalarıdı.
Adı ilkin heyətdə olmayan hücumçu Nkolo İvan isə İslamiadada iştirak edə biləcək.
Qapıçılar: Dande Junior (“Apejes Mfu”), Omossola Medyo Simon (“Koton Sport”)
Müdafiəçilər: Nqonqanq Jeff (“Edinq”), Andulou Serje (“Nyu Stars”), Eta Bavak, Otia Paul (hər ikisi “UMS Loum”), Kau Fabril (Koton Sport”), Mussinqa Paul Henri (“Amyen”, Fransa), Baqnak Frank (“Saraqosa”, İspaniya), Kami Yves Danie (“Deççi”, Serbiya), Mbaizo Oliver (“Yunion Duala”), Dava Joskim (“Monako”, Fransa),
Yarımmüdafiəçilər: Panqop Frants, Qeyap Yahfort (hər ikisi “Yunion Duala”), Mundi Alim (“Aiql Royal de la Menua”), Kunde Malonq (“Estramadura”, İspaniya), Ekolo Malolo (“Draqon Yaunde”), Alima Atanqana (“Apejes Mfu”), Abanda Nkoa Nikolas (“Kolombe”), Çentçeu Frank Erik (“Draqon Yaunde”),
Hücumçular: Nlend Samuel (“Yunion Duala”), Mbiobe Miçel (“Mladost”, Serbiya), Nkolo İvan (“Bielorussie”)
Qeyd edək ki, Kamerun İslamiadada ilk oyununu mayın 8-də Azərbaycan yığmasına qarşı keçirəcək.