[b] Çempion, milyonçu! [/b]
10.06.2016 - 09:41
[b] Çempion, milyonçu!  [/b]

Bu gün Fransada start götürəcək Avropa çempionatının qalibinin qazanacağı məbləğ müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA çempionluq mükafatının 27 milyon avro olduğunu açıqlayıb.

 

Müqayisə üçün xatırladaq ki, AÇ-2012-nin qalibi İspaniya 23,5 milyon avroluq gəlir əldə etmişdi. 3,5 milyon avroluq artımla bu turnirin birincisi Avropa çempionatları tarixində ən çox qazanc götürəcək komanda olacaq.

 

Ümumiyyətlə, turnirə qatılan hər millinin hesabına 8 milyon avro köçürüləcək. Yarış zamanı hər qələbənin mükafatı 1 milyon, heç-heçənin dəyəri isə 500 min avro təşkil edəcək. Qrupdan çıxmağa görə 1,5 milyon avro qazanacaq komandalardan 1/4 finala adlayan 2,5 milyon, yarımfinala yüksələn isə 4 milyon avro götürəcək. Turnirin finalına çıxacaq millilər əlavə 8 milyon avro da qazanacaqlar.

 

Çempion olacaq komanda əgər bütün qarşılaşmalarda qələbə qazanarsa, ümumilikdə 58 milyon avroluq qazanc əldə edəcək.

 

Bundan başqa, qitə birinciliyinin favoritlərinin çempion olacaqları təqdirdə yerli federasiyalar tərəfindən alacaqları mükafatın dəyəri də bəlli olub. Ən çox mükafatı İngiltərə Futbol Federasiyası boyun olub. Ada təmsilçisi qızıl medal əldə etsə, futbolçulara 750 min avro veriləcək. Çempionluğa namizədlərdən sayılan Belçikada isə bu məbləğ 700 min avro göstərilib. Bundan əlavə, İtaliyanın çempionluq mükafatı 400 min, İspaniyada 340 min, Almaniyada isə 300 min avro olacaq.

 

Qeyd edək ki, Avropa çempionatına bu gün keçiriləcək Fransa – Rumıniya (Bakı vaxtı ilə saat 23:00) oyunu ilə start veriləcək.