“Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi misirli futbolçu Omar Fayedin “Frozinone”yə transferi ilə bağlı razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Fənərbaxça” bu keçiddən 500 min avro gəlir əldə edib.
Qeyd edək ki, Fayed 2023-cü ildə “Fənərbaxça”ya transfer olunub. O, müqaviləsi qüvvədə olduğu müddətdə Serbiyanın “Novi Pazar”, Belçikanın “Beyrsxot” və Portuqaliyanın “Aruka” klublarında icarə əsasında çıxış edib.
Xatırladaq ki, Super Liqa təmsilçisi daha əvvəl Sidiki Şerif və Entoni Musaba ilə də yollarını ayırdığını açıqlayıb.
- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi